“İmişli”yə texniki məğlubiyyət verildi
01.09.2022 - 15:38
Azərbaycan I divizionun II turunda xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, “İmişli” – “Araz Naxçıvan” oyununda adı protokolda olmayan futbolçu iştirak edib.
Heyətində belə oyunçu olan “İmişli”yə texniki məğlubiyyət verilib. Lakin Naxçıvan təmsilçisi 3 cavabsız qolla qalib gəldiyi üçün hesab olduğu kimi saxlanılıb. İmişlinin eyniadlı klubu 400 manat cərimələnib.
Qeyd edək ki, “Araz Naxçıvan” ardıcıl ikinci qələbə ilə I divizionun lideridir.
0
0