“Yuventus”un Pol Poqba ilə bağlı iradı
16.09.2023 - 10:48
Pol Poqbanın təkrar dopinq testi oktyabrın 5-nə təxirə salınıb.
Apasport.az saytı xəbər verir ki, 30 yaşlı futbolçu B testi versə də, “Yuventus” rəhbərliyi bunun yenidən edilməsini tələb edib.
Buna “Yuventus”un yarımmüdafiəçisi analiz verərkən nümayəndəsinin prosesdə iştirak etmədiyini səbəb gətirib. İtaliya Milli Antidopinq Tribunalı fransalı futbolçunun bu istəyini nəzərə alaraq, Poqbadan 3-cü dəfə analiz götürüləcəyini açıqlayıb.
Qeyd edək ki, yarımmüdafiəçidən avqustun 20-də verdiyi qan testinin cavabı müsbət olub. Bundan sonra Tribunal Poqbaya meydana çıxmağı qadağan edib.
0
0