“Kəpəz”in yeni transferi: “Yüksək pillələr üçün mübarizə aparacağıq”
08.07.2022 - 13:15
“Kəpəz”in yeni transferi: “Yüksək pillələr üçün mübarizə aparacağıq”

“Gürcüstan və Azərbaycan liqalarını müqayisə edə bilmərəm. Çünki bura yeni gəlmişəm, çox komandanı tanımıram”.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqaya qayıdan “Kəpəz”in yeni transferi Giorgi Kantariya “CBC Sport” telekanalına açıqlamasında deyib.

25 yaşlı yarımmüdafiəçi hazırda Bakıda təlim-məşq toplanışında olan yeni komandası ilə bağlı hədəflərini açıqlayıb. Gürcüstanlı futbolçu çempionatda yuxarı pillələr uğrunda mübarizə aparacaqlarını söyləyib: “Yüksək pillələr üçün mübarizə aparacağıq. Hər bir futbolçu maksimum yaxşı nəticə qazanmaq istəyir. Bu, həm oyunçu, həm də komanda üçün çox vacibdir. Çünki qələbə və uğurlu nəticə futbolçuları inkişaf etdirir. Biz də çalışacağıq ki, yaxşı oyun nümayiş etdirək və uğurlu nəticələr qazanaq. Burada nəyə qadir olduğunu göstərməlisən”.

Qeyd edək ki, “Kəpəz” iyulun 10-da “Səbail”lə, 14-də isə “Sumqayıt”la yoxlama görüşü keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0