"Beşiktaş" transferi rəsmiləşdirib
13.08.2024 - 22:22
"Beşiktaş" transferi rəsmiləşdirib

"Beşiktaş" yeni futbolçusu ilə rəsmi müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi Şer Ndour icarə əsasında "ağ-qaraların" heyətinə qoşulub.

20 yaşlı futbolçu bu sezonun sonuna qədər İstanbul nəhənginin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Ndourun transfer hüququ Fransanın "PSJ" klubuna məxsusdur. 

 

writer photo
Əlirza Əlirzalı
0