Klopp "Barselona"ya keçəcək?
08.02.2024 - 10:58
Klopp "Barselona"ya keçəcək?

Almaniyalı baş məşqçi Yurgen Klopp gələcəyi ilə bağlı qərar verib.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 56 yaşlı mütəxəssis "Barselona" rəhbərliyinin təklifinə cavab verib.

Məlumata görə, Klopp kataloniyalılara növbəti mövsüm komandaya rəhbərlik etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Klopp 2015-ci ildən mersisaydlıların baş məşqçi postunu tutur. Almaniyalı yayda "Liverpul"dan ayrılacağını açıqlamışdı. 

writer photo
Əlirza Əlirzalı
0