"Yuventus"dan inanılmaz Facioli qərarı
09.11.2023 - 10:07
"Yuventus"dan inanılmaz Facioli qərarı

“Yuventus” rəhbərliyi maraqlı bir qərarı ilə gündəm olub.

Apasport.az xəbər veri ki, Turin təmsilçisi yarımmüdafiəçi Nikolo Facioli ilə yeni müqavilə imzalayacaq.

Cümə günü rəsmiləşəcəyi bildirilən yeni razılaşmada 22 yaşlı oyunçunun maaşının da artırılması nəzərdə tutulub. Anlaşmaya əsasən millinin də şərəfini qoruyan orta xətt oyunçusu 2028-ci ilin iyun ayına qədər “qoca sinyora”nın şərəfini qoruyacaq. 

Qeyd edək ki, Facioli qanunsuz mərc oyunlarında iştirak etdiyi üçün 10 ay futboldan uzaq qalacaq. “Yuventus” rəhbərliyi bu qərarı ilə futbolçuya qumar asılılığı ilə mübarizədə dəstək vermək istəyir.

writer photo
Əlirza Əlirzalı
0