Çılpaq fotosessiya söz verdi – mərhələ keçirilərsə
06.03.2023 - 13:39
Dortmund “Borussiya”sının xanım azarkeşi Kim Şiele klub tərəfdarlarının marağına səbəb olan açıqlama verib.
Apasport.az saytı xəbər verir ki, 23 yaşlı gözəlçə pərəstişkarlarını yeni çılpaq fotosessiya ilə sevindirəcəyinə söz verib.
Eyni zamanda, tibb bacısı işləyən model bildirib ki, bu, Almaniya təmsilçisinin Çempionlar Liqasında "Çelsi"ni keçəcəyi təqdirdə reallaşacaq.
O, hətta bu yaxınlarda ən böyük arzusunu gerçəkləşdirərək komandanın kapitanı Marko Roysla görüşərək ondan avtoqraf da alıb.
Qeyd edək ki, “Borussiya” ilk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edib.
0
0