“Amansız döyüş olacaq” – “Qarabağ”ın oyununa PROQNOZ
19.07.2022 - 12:46
“Amansız döyüş olacaq” – “Qarabağ”ın oyununa PROQNOZ

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”i qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Maksim Krışmar bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya öz proqnozunu verib.

Mütəxəssis bol qollu mübarizə gözlədiyini gizlətməyib.

Azərbaycan nəhəngi növbəti dəfə Çempionlar Liqasının təsnifat mərhələsində iştirak edir və burada artıq bir rəqibə qalib gəlib. İlk raundda Polşa “Lex”i ilə qarşılaşan “atlılar” səfərdəki məğlubiyyətə (0:1) və evdə erkən qol buraxmasına baxmayaraq, rəqibini darmadağınla üstələdi. Azərbaycan təmsilçisi yayda güclü rəqiblərlə üç yoxlama görüşü keçirdi. Klubun hədəfi qrupa düşməkdir.

“Sürix” isə 2009-cu ildən bəri ilk dəfə İsveçrə çempionu oldu. Ancaq komanda bu mövsümün açılış turunda əsas rəqiblərindən olan “Yanq Boyz”a 0:4 hesabı ilə uduzdu. Titulu qorumaq onlara heç də asan olmayacaq. “Sürix” yayda 5 yoxlama görüşü keçirib, 4-də qələbə qazanıb. Ən ciddi rəqibi olan “Ştutqart”a 2:3 hesabı ilə uduzub. İsveçrə komandasının hücum futboluna üstünlük verməsi aydın məsələdir.

“Qarabağ”la “Sürix” tarixləri ərzində bir dəfə - 2015-ci ildə yoxlama görüşündə üz-üzə gəlib (1:1). Bizi iki güclü komanda arasında füsunkar qarşıdurma gözləyir. Kiməsə üstünlük vermək çətindir. “Qarabağ”a cüzi üstünlük vermək olar, o da ev sahibi olduğu üçün. Şübhə yoxdur ki, amansız döyüş olacaq. Bu məqamda bol qola mərc etmək maraqlı görünür.

Proqnozum: ÜST
 

writer photo
Əlirza Əlirzalı
0