PSJ-nin 60 milyonluq yeni HƏDƏFİ
20.03.2024 - 21:41
PSJ-nin 60 milyonluq yeni HƏDƏFİ

PSV-nin hücumçusu Yohan Bakayoko karyerasını Fransada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, son çempion PSJ forvardın transferi üçün 60 milyon avro ödəməyə hazırdır.

Bu mövsüm Bakayoko Niderland klubunun heyətində 40 oyun keçirib, 8 qol vurub və 13 məhsuldar ötürmə verib. Hazırda Eyndhoven şəhərinin təmsilçisi elitada 26 turdan sonra 72 xalla turnir cədvəlinin vahid lideridir.

writer photo
Əlirza Əlirzalı
0