Vlahoviç İngiltərəyə köçə bilər
14.06.2023 - 12:28
Vlahoviç İngiltərəyə köçə bilər

Serbiyalı hücumçu Duşan Vlahoviç İngiltərəyə köçməyə hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, İtaliyada “Yuventus” klubunun şərəfini qoruyan 23 yaşlı forvard “Çelsi”nin diqqət mərkəzindədir.

Artıq hər iki klubun nümayəndələri arasında ilkin danışıqlar baş tutub. İngilislər Vlahoviçin transferi qarşılığında futbolçu və əlavə  pul vermək istəsələr də, “Yuventus” rəsmiləri buna qarşı çıxıblar. İtalyanlar “Bavariya” və Madrid “Atletiko”sunun da istədiyi serbiyalının transferi qarşılığında 75 milyon funt-sterlinq tələb edirlər.

Qeyd edək ki, son mövsümdə 42 matçda meydana çıxan Duşan 14 qol və 4 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0