İngiltərə millisində Saka problemi
10.10.2023 - 12:37
İngiltərə millisində Saka problemi

İngiltərə millisinin hücumçusu sıradan çıxıb.

Apasport.az xəbər verir ki, “Arsenal”ın 22 yaşlı futbolçusu Bukayo Saka qarşıdaki 2 oyunda milliyə kömək edə bilməyəcək.

O, zədə səbəbindən oktyabrın 13-də Avstraliya ilə yoldaşlıq oyununda və ayın 17-si Avropa çempionatının seçmə mərhələsinin İtaliya ilə qarşılaşmalarında forma geyinməyəcək. Forvardın nə vaxt meydançaya qayıdacagı bəlli deyil.

Qeyd edək ki, Saka Premiyer Liqanın “Arsenal” – “Mançester Siti” (1:0) matçında zədə alıb.

writer photo
Əlirza Əlirzalı
0