Braziliya yığmasının DÇ-dəki şansları bəlli olub.
Apasport.az saytının məlumatına görə, futbol əfsanəsi Ronaldo vaxtilə şərəfini qoruduğu yığmanın şanslarını dəyərləndirib.
“Yekədiş” ləqəbli veteran pentakampeonları favoritlər sırasında görür: “Bizim yığmanın əla heyəti var. Biz bunu edə bilərik. Braziliya yaxşı oynayır. Seçmə mərhələdə möhtəşəm oyunlar keçirmişik. Cənubi Amerika üzrə seçmə görüşlərin nə qədər ağır olduğunu hamımız bilirik. Bir neçə rəqib də var. Fransa onlardan biridir. Dünya çempionatında Almaniyanı hesaba almamaq olmaz. İngiltərə bir müddət əvvəl Avropa çempionatının finalına çıxıb. İspaniya da, Portuqaliya da yaxşı oynayır. Bizim rəqabət üzündən Argentinanı dəstəkləyə bilmərəm. Amma onların da mükafata iddiaçı olduğunu istisna etmək mümkün deyil”.
Qeyd edək ki, mundialların final mərhələlərində 19 oyuna 15 qol və 5 assistə imza atan Ronaldo 1994-cü və 2002-ci illərdə çempiona, 1998-ci ildə vitse-çempion olub.