Argentina – Xorvatiya: Kim şanslıdır?
13.12.2022 - 14:09
Argentina – Xorvatiya: Kim şanslıdır?

DÇ-2022-nin yarımfinal mərhələsinin bu gün keçiriləcək Argentina – Xorvatiya görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları bu qarşılaşmada son cənubi amerikalıları favorit sayırlar.

Qətərdəki oyunda Argentinanın qələbəsi 1,93, Xorvatiyanın uğuru 5,00 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,34 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0