“Neftçi” İsraildən daha bir futbolçu transfer etməyə hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, “Aşdod”un yarımmüdafiəçisi Fares Abu Akel karyerasını Azərbaycanda davam etdirə bilər. Həmkarlarımızın iddiasına görə, “Neftçi” 25 yaşlı orta sahə oyunçusunun xidmətində maraqlıdır. İsrailli oyunçunun yaxın günlərdə Azərbaycana gələrək, “Neftçi” ilə müqavilə bağlaması gözlənilir.
Qeyd edək ki, “Neftçi” yay fasiləsində israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef və bu ölkədə çıxış edən qanalı Qodsvey Donyonu transfer edib.