Müller Kasilyasa çatdı
04.10.2023 - 10:01
Müller Kasilyasa çatdı

Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Kopenhagen”in qonağı olan “Bavariya” səfərdə əzmkar qələbə qazanıb.

Apasport.az-ın məlumatına görə, Almaniya klubunun futbolçusu Tomas Müller qitənin ən nüfuzlu klub turnirində 101-ci dəfə komandasının qalibiyyətinə sevinib.

Almaniyalı ulduz bu göstəricidə İker Kasilyasa çatdı. Bu cütlük turnir tarixinin 2-ci nəticəsinə sahibdir.

Qeyd edək ki, Çempionlar Liqasında ən çox qələbə qazanan Kriştiano Ronaldodur. Portuqaliyalı 115 oyunda komandasının qalibiyyətində pay sahibi olub.

writer photo
Əlirza Əlirzalı
0