"Barselona"nın hücumçusu Rafinya yay "transfer pəncərəsi"ndə klub qeydiyyatını dəyişə bilər.
Apasport.az "TodoFichajes" nəşrinə istinadla xəbər verir ki, braziliyalı "blaugrana"nın heyətin yenidən qurulması çərçivəsində vidalaşmağa hazır olduğu oyunçular siyahısındadır.
Eyni zamanda, Kataloniya klubu Rafinyanın transferindən böyük məbləğ - 100 milyon avro qazanmağı gözləyir. "Barselona" 27 yaşlı vinger üçün bu qədər pul ödəyəcəklərinə əmindir.
Daha əvvəl mətbuatda Səudiyyə Ərəbistanının “Əl-Hilal”ın maliyyə imkanları şübhə altına alınmayan Rafinya üçün 100 milyon avro təklif etdiyi barədə məlumatlar yayılmışdı.