“Neftçi” Türkiyədə sonuncu məşqinə çıxıb
24.07.2024 - 22:22
“Neftçi” Türkiyədə sonuncu məşqinə çıxıb

“Neftçi” Türkiyənin Erzurum bölgəsində təlim-məşq toplanışını davam etdirir.

Apasport.az xəbər verir ki, “Ağ-qaralar” bu gün toplanış çərçivəsində sonuncu məşqinə çıxıb. Toplanışa sabah yekun vurulacaq. "Neftçi"nin sonuncu sınaq matçı Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi “Əl-Oruba”ya qarşı olacaq.

“Palandöken Yüksek İrtifa Camp Facilities”də baş tutacaq görüş Bakı vaxtı ilə sabah saat 18:00-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0