"Mançester Yunayted" iki müdafiəçi ilə danışıqlar aparır
10.08.2024 - 19:12
"Mançester Yunayted" iki müdafiəçi ilə danışıqlar aparır

"Mançester Yunayted" heyətini yeni futbolçularla gücləndirmək istəyindədir.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, klub müdafiəçilər Mattiys de Liqt və Nussar Mazraouini rənglərinə bağlamağa yaxındır.

"Qırmızı şeytanlar" de Liqt üçün 45+5 milyon, Mazroui üçün isə 15+5 milyon avrosundan keçməyə hazırdır.

Qeyd edək ki, "Mançester Yunayted" sağ cinah müdafiəçisi Aaron Van-Bissakanı "Vest Hem Yunayted"ə göndərməyə hazırlaşır. Mazraouinin transferi də məhz bundan sonra reallaşa bilər.

 

writer photo
Əlirza Əlirzalı
0