5921,95 əmsallıq UDUŞ
30.12.2022 - 12:28
5921,95 əmsallıq UDUŞ

Bukmeker kontorlarında növbəti böyük əmsallı uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər Milli Hokkey Liqasından yaxşı qazanc əldə edib.

Better Şimali Amerikada keçirilən 8 matça təxmin verib. İki qarşılaşmada əsas vaxtın heç-heçə bitəcəyinə də mərc edən better yekunda 5921,95 əmsal toplayıb.

O, bir neçə riskli oyunun da yer aldığı ekspresə 65 rubl (1,50 manat) yatırıb. Canlı qoyuluş özünü doğruldub. 

Kontor müştərisinin bütün nəticələri düz alınıb. O, 384 min 927 rubl (8 min 53,32 manat) uduşa sahib çıxıb.


 

writer photo
Əlirza Əlirzalı
0