Fati 3 ay oynamayacaq
30.11.2023 - 18:21
Fati 3 ay oynamayacaq

Ansu Fati uzun müddətə sıradan çıxıb.

Apasport.az xəbər verir ki, tibbi müayinə zamanı “Brayton”un hücumçusunun 3 ay yaşıl meydanlardan kənar qalacağı bəlli olub.

İngilis klubunun “Barselona”dan icarəyə götürdüyü İspaniya millisinin üzvünün sağ ayağının bud nahiyəsində əzələ zədəsi olduğu müəyyənləşib. Məlumatı Premyer Liqa təmsilçisinin baş məşqçisi Roberto De Zerbi də təsdiqləyib.

Qeyd edək ki, Fati zədəyə meylli olması ilə tanınır. 21 yaşlı futbolçu 2020-ci ildən bəri məlum səbəbdən 104 oyunu buraxıb.

writer photo
Əlirza Əlirzalı
0