Ulduz futbolçu artıq ölkəsi üçün oynamayacaq
10.07.2024 - 10:20
Ulduz futbolçu artıq ölkəsi üçün oynamayacaq

Fransanın əfsanəsi milli komanda karyerasını bitirir.

Apasport.az xəbər verir ki, Olivier Jiru artıq Fransa üçün oynamayacaq. Bu barədə insayder Fabrizio Romano paylaşım edib.

Jiru Fransa yığmasında ən çox qol vuran futbolçudur. Belə ki, hücumçu meydana çıxdığı 137 oyunda 57 dəfə fərqlənməyi bacarmışdı.

Xatırladaq ki, dünən Avropa Çempionatının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş İspaniya - Fransa görüşündə Olivier Jiru 79-cu dəqiqədə meydana daxil olub. Onun komandası turnirlə vidalaşıb.

Qeyd edək ki, onun futbol həyatının ABŞ-də davam edəcəyi gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0