Salahla Mahrez DÇ-2022-də
19.10.2022 - 10:56
Salahla Mahrez DÇ-2022-də

Misir millisinin futbolçusu Məhəmməd Salah və Əlcəzair yığmasının vingeri Riyad Mahrez yeni ampluada özlərini sınayacaq.

Apasport.az saytının məlumatına görə, komandaları DÇ-2022-yə vəsiqə qazanmayan ulduzlar mundialda televiziya eksperti kimi çalışacaq.

Afrikalılar “beIN Sports”da fəaliyyət göstərəcək. Salahın şərəfini qoruduğu Misir pley-offda Seneqala, Mahrezli Əlcəzair isə Kameruna uduzduğu üçün onlar dünya çempionatında izləyici kimi qalacaq.

Qeyd edək ki, Qətərdəki mundial noyabrın 20-də başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0