Yığmamız Avropa çempionatına 8 gimnastla yollandı
14.11.2023 - 12:19
Yığmamız Avropa çempionatına 8 gimnastla yollandı

Aerobika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri 
Avropa çempionatına yola düşüblər. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb. 

Aerobika gimnastikası üzrə yığma komandamızın üzvləri Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova Türkiyənin Antalya şəhərinə yola düşüblər. 

Qeyd edək ki, çempionat 17-19 noyabr tarixlərində keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0