Millimiz üç pillə gerilədi – FİFA reytinqi
06.04.2023 - 11:58
Millimiz üç pillə gerilədi – FİFA reytinqi

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2023-cü ilin ilk cədvəlində bir sıra dəyişikliklər olub.

Bu, Azərbaycan millisindən də yan ötməyib. Hesabat dövründə iki matça çıxan yığmamızın da mövqeyi dəyişib.

AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzan Canni de Byazinin yetirmələri 1142,25 xalla dünyanın 124-cü komandasıdır. Millimiz ötən cədvəllə müqayisədə 3 addım geriləyib. Niger, Mərkəzi Afrika Respublikası və Qambiya yığmamızı keçib.

Qardaş Türkiyə yığması 1 pillə irəliləyib. 1465,70 xala malik Ştefan Kuntsun yetirmələri 43-cü sıradadır.

Qeyd edək ki, cədvələ hesabında 1840,92 xal olan Argentina başçılıq edir.
 

writer photo
Əlirza Əlirzalı
0