Rüstəm Orucov ACB-nin Atletlər Komissiyasında
06.05.2023 - 11:18
Rüstəm Orucov ACB-nin Atletlər Komissiyasında

2016-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyinin (ACB) Atletlər Komissiyasının üzvü təyin edilib. 

Apasport.az saytı xəbər verir ki, bu barədə ACB məlumat yayıb. 

Qurumun vitse-prezidenti Hrvoye Lindi bildirib ki, təşkilat bundan sonrakı fəaliyyətində Atletlər Komissiyasının dəstəyini alacaq və  komissiyanın üzvləri təcrübələrinə arxalanaraq idmanın müxtəlif məsələlərinə cəlb olunacaqlar. 

Rüstəm Orucov Avropanın ən uğurlu və hörmətli cüdoçularından hesab olunur. O, 2017 və 2019-cu illərdəki dünya çempionatlarında ikinci pilləyə yüksəlib. 2016-cı ildə Avropa çempionatının qızıl medalını qazanıb və  eyni miqyaslı yarışın 2019-cu ildə gümüş, 2017, 2020, 2022-ci illərdə bürünc mükafatçısı olub. 

Qeyd edək ki, Orucov Milli Olimpiya Azərbaycan Atletlər Komissiyasının sədri, AMADA İdmançılar Məsləhətçi Komissiyasının da üzvüdür.

writer photo
Əlirza Əlirzalı
0