"Real" 40 milyon avroya yeni müdafiəçi tapıb
14.02.2024 - 13:41
"Bayer Leverkuzen"in müdafiəçisi Ceremi Frimponq İspaniya çempionatına keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Mənbənin bildirdiyi kimi, "Real" futbolçu ilə müqavilə bağlamaqda maraqlıdır. Transfer yay "transfer pəncərəsi"ndə baş tuta bilər. Frimponqun alman klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir və onun transferinin təzminat məbləği 40 milyon avrodur.
Niderlandlı futbolçu Almaniya çempionatının bu mövsümündə 23 yaşlı müdafiəçi 20 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
0
0