PSJ-dən “Yuventus”a keçir
25.08.2022 - 13:48
PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes transfer pəncərəsi bağlanana qədər komandasını dəyişəcək.
Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü bir neçə klubun maraq dairəsindədir.
Ancaq “Yuventus”un bu keçidə daha yaxın olduğu bildirilir. “Qoca sinyora” ulduz futbolçunu icarəyə götürmək üçün qarşı tərəflə danışıqları intensivləşdirib. 28 yaşlı oyunçu özü turinlilərlə şəxsi müqaviləni razılaşdırıb.
Qeyd edək ki, 2019-cu ildən PSJ-də çıxış edən Leandro Paredesin sözləşməsi 2024-cü ilin yayına qədərdir.
0
0