“Qarabağ” 4 pillə irəlilədi
20.12.2023 - 17:34
“Qarabağ” 4 pillə irəlilədi

Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.

Apasport.az xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 klubla təmsil olunub. “Qarabağ” 248 xalla 70-ci pillədə qərarlaşıb. 

Qurban Qurbanovun yetirmələri aktivini 23 xal artırıb. Ağdam klubu bununla da ötən siyahıdakı mövqeyini 4 pillə yaxşılaşdırıb.

27 xala malik “Neftçi” isə iki pillə geriləyib. Adrian Mutunun yetirmələri Avropada 241-cidir.

“Sabah” iki pillə geriləyib. Murad Musayevin baş məşqçisi olduğu komanda 20 xalla 264-cüdür. 

“Qəbələ” 7 pillə gerililəyib. Elmar Baxşıyevin yetirmələri 5 xalla 379-cüdür.

Qeyd edək ki, siyahıya 2305 xala malik “Real” başçılıq edir.
 

writer photo
Əlirza Əlirzalı
0