"Barselona" Kanselonu "Siti"yə qaytarmaq istəmir
24.10.2023 - 10:07
"Barselona" Kanselonu "Siti"yə qaytarmaq istəmir

“Barselona” Joao Kanselonun hüquqlarını almaq istəyir.

Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi "Mançester Siti"dən icarəyə götürdüyü yarımmüdafiəçinin oyunundan razıdır.

Bu məqsədlə də 29 yaşlı futbolçunun agenti Xorxe Mendesə məlumat verən kataloniyalılar, oyunçunun müqaviləsini almağı planlaşdırırlar.
Orta xətt oyunçusunun satılmasına etiraz etməyən ingilislər isə Kanselodan 50 milyon avro gəlir əldə etmək istəyirlər. Maksimum 25 milyon avro verə biləcəyini bəyan edən “Barselona” rəhbərliyi əlavə bonuslar hesabına bu keçidi həll etmək istəyir.

Qeyd edək ki, bu mövsüm “Barselona” forması ilə 9 oyuna çıxan Joao 2 qol və 1 məhsuldar ötürmə müəllifidir.

writer photo
Əlirza Əlirzalı
0