“Tottenhem” üçün 40 milyonluq qapıçı
16.05.2023 - 12:57
“Tottenhem” üçün 40 milyonluq qapıçı

“Tottenhem” komandanı tərk edəcək Uqo Lorisə əvəzləyici tapıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu David Rayyanı heyətinə qatmağı planlaşdırır.

“Brentford”un 27 yaşlı qapıçısı digər klubların da maraq dairəsindədir. “Çelsi” onun keçidini həll etmək istəyir.

Rayyanın transferi üçün “Brentford” 40 milyon avro tələb edir. O, cari mövsümün 36 matçında 46 qol buraxıb.

Qeyd edək ki, Rayya “Brentford”dan getmək istədiyi üçün müqaviləni uzatmaqdan imtina edib.

writer photo
Əlirza Əlirzalı
0