Portuqaliya millisinin üzvü “Yuventus”a keçib
27.08.2024 - 16:54
Portuqaliya millisinin üzvü “Yuventus”a keçib

İtaliya nəhəglərindən “Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Turin təmsilçisi “Portu”dan hücumçu Fransisko Konseysaunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı oyunçu mövsümün sonuna kimi “qoca sinyora”nın uğurları üçün çalışacaq.

Portuqaliya yığmasının da üzv olan Fransisko 2024-cü ilin yanvarından “Portu”da çıxış edir. O, ötən mövsümdə 43 oyunda 8 qol vurub, 8 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0