10-cu qol
25.03.2023 - 11:01
10-cu qol

Emin Mahmudov Azərbaycan millisində 10-cu qolunu vurub.

Apasport.az saytının məlumatına görə, yığmamızın kapitanının yubileyi AVRO-2024-ün ilk seçmə oyununa təsadüf edib.

Yarımmüdafiəçi Avstriya ilə Lintsdəki qarşılaşmada (1:4) fərqlənib. Emin millinin tarixinə 10 və daha çox qol vuran 2-ci futbolçu kimi düşüb.

Yalnız Qurban Qurbanov daha çox fərqlənib – 14 qol. Emini bu rekorddan 4 top ayırır. 10-cu qolunu vuran 9 dəfə fərqlənən Vaqif Cavadovla Ramil Şeydayevi arxada qoyub.

Qeyd edək ki, Mahmudov 10 qola 37 matçda imza atıb.

 

writer photo
Əlirza Əlirzalı
0