Qurban Qurbanovun dünənki iclasda niyə iştirak etmədiyi məlum oldu
13.06.2024 - 13:08
Qurban Qurbanovun dünənki iclasda niyə iştirak etmədiyi  məlum oldu

"Qurban Qurbanov öz istəyi ilə dünənki iclasda iştirak etmədi". 

Apasport.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimində söyləyib: 

"İclasda bir məsələ var idi, o da baş məşqçi məsələsi. Qurban müəllim özü də millidə işləyib. Bu həssaslığı nəzərə alaraq, öz xahişi ilə iştirak etmək istəmədi. Biz də müsbət cavablandırdıq". 

Qeyd edək ki, AFFA-nın dünən keçirilən onlayn konfransında portuqaliyalı mütəxəssis Fernandu Santuş Azərbaycan millisinin yeni baş məşqçisi təyin olunub. 

writer photo
Əlirza Əlirzalı
0