Bukmeker kontorlarından biri DÇ-2022 ilə bağlı hesabat hazırlayıb.
Apasport.az saytının məlumatına görə, şirkət Qətərdəki mundialla bağlı aldığı ən yaddaqalan mərcləri açıqlayıb.
Proqnozsevərlərdən biri Seneqalın Qətərlə oyununda 1,5 Üst sayda qol vuracağına 30 min dollar qoyub. 2,05 əmsallıq variant artıq ikinci hissənin əvvəlində vurulan qolla düzgün çıxıb. Better 61 min 500 dollar uduşa, 31 min 500 dollar qazanca yiyələnib.
Uğursuz proqnozsevər isə Almaniyanın Yaponiya ilə görüşdə 6,5 Üst künc zərbəsi vuracağına mərc gəlib. O, 38 min 900 dolları ilə risk edib. 2,2 əmsal ona 85 min 580 dollar uduş gətirməli idi. Amma Bundestim 6 künc zərbəsi ilə betteri sevincin bir addımlığında saxlayıb.
Mundial oyunlarına yazılan ekspress kupon da böyük qazanc gətirib. 10 matça mərc edən proqnozsevər 177,84 əmsala 300 dollar qoyub. O, yekunda 53 min dollar uduşa sahib çıxıb.
Pley-offun 8 qarşılaşmasına ekspress yazan better 792,7 əmsala 10 dollar qoyub. O, görüşlərdə vərəqə sayında 3,5 Alt proqnozlaşdırıb. Bəxtsiz proqnozsevər yalnız bir oyunda yanılıb.