AFFA “Neftçi”nin şikayətini təmin etdi
03.02.2023 - 17:34
AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda “Neftçi”nin müraciətinə baxılıb.
Qurum apelyasiya şikayətini təmin edib. Qadınlardan ibarət “Keşlə” (indiki “Şamaxı”) klubunda olarkən İntizam Komitəsindən cəza almış Umnisə Əliyevanın 4 oyunluq icra edilməmiş diskvalifikasiyası ləğv edilib.
Onun “Neftçi”nin heyətində Yüksək Qızlar Liqasında cəzalı halda iştirak etdiyi üçün “Neftçi”yə hər oyunda 0:3 hesabı ilə texniki məğlubiyyət verilmişdi. Bu cəza da ləğv olunub.
0
0