Boksçumuz olimpiya təsnifat turnirinə qələbə ilə başlayıb
27.05.2024 - 19:44
Boksçumuz olimpiya təsnifat turnirinə qələbə ilə başlayıb

Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Apasport.az xəbər verir ki, yarışın dördüncü günündə millimizin boksçusu Alfonso Dominqes ilk dəfə rinqə çıxıb.

92 kq-da mübarizə aparan dünya çempionumuz 1/32 final mərhələsində qanalı boksçu Conatan Tette ilə qarşılaşıb. Görüş Dominqesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

O, növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) qarşılaşacaq. Qarşılaşma mayın 30-da baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0