Neymarı ağladan zədə
18.10.2023 - 09:42
Neymarı ağladan zədə

Braziliya millisinin futbolçusu Neymar zədələnib.

Apasport.az xəbər verir ki, hücumçu DÇ-2026-nın seçmə mərhələsinin Uruqvayla görüşündə xəsarət alıb.

Forvard birinci hissəyə artırılan dəqiqələrdə zədələndiyi üçün Rişarilsonla əvəzlənib. Ayağından xəsarət alan Neymar meydanı xərəkdə tərk edib. O, göz yaşlarını saxlaya bilməyib və oyundan ağlaya-ağlaya ayrılıb.

Qeyd edək ki, Braziliya Uruqvayla matçda 0:2 hesabı ilə uduzub.
 

writer photo
Əlirza Əlirzalı
0