Azərbaycan yığması Millətlər Liqasının 2022/23 mövsümündə mübarizəyə start götürüb.
Apasport.az saytının məlumatına görə, C liqasının III qrupunda yer alan Canni de Byazinin kollektivi turnirə səfər matçı ilə başlayıb.
Millimiz Nur-Sultandakı “Astana Arena”da Qazaxıstanın qonağı olub. Birinci hissə komandamızın aşkar üstünlüyü şəraitində keçsə də, futbolçularımız ələ düşən qol fürsətlərindən yararlana bilməyib.
Bunun əksinə, meydan sahibləri fasilədən dərhal sonra 10 dəqiqə ərzində iki qolla önə keçib. Qalan yarım saatlıq dönəmdə hücumda heç bir varlıq göstərə bilməyən yığmamız 0:2 hesablı məğlubiyyətlə barışmalı olub.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu iyunun 6-da Serbiyada Belarusa qarşı keçirəcək.
Millətlər Liqası
C liqası, III qrup
3 iyun
20:00. Qazaxıstan – Azərbaycan - 2:0
Qollar: Abat Aymbetov, 50, 60
Baş hakim: İstvan Vad (Macarıstan)
Nur-Sultan, “Astana Arena”