“Bavariya”da baş məşqçidən şikayət
12.10.2022 - 15:43
“Bavariya”da baş məşqçidən şikayət

“Bavariya”nın futbolçuları baş məşqçi Yulian Naqelsmanndan narazıdır.

Apasport.az saytının məlumatına görə, Avropa nəhəngində oyunçuların 35 yaşlı mütəxəssislə bağlı üç əsas şikayəti var.

Birincisi, matç zamanı uğurlu qərarların alınmaması, gedişata təsir edə bilməmək, ikincisi, əvəzetmələrin düzgün edilməməsidirsə, üçüncü səbəb Naqelsmannın davranışlarıdır. Gənc mütəxəssisin oyun zamanı texniki zonada çılğın olması futbolçuların xoşuna gəlmir.

Qeyd edək ki, Yulian Naqelsmann “Bavariya”nı ötən ilin yayından çalışdırır.

writer photo
Əlirza Əlirzalı
0