PSJ-dən 80 milyon avro
14.11.2022 - 11:38
PSJ-dən 80 milyon avro

“Tottenhem”in futbolçusu Son Xın Min karyerasını Fransada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, cənubi koreyalı PSJ-nin maraq dairəsindədir.

Liqa1 təmsilçisi 30 yaşlı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır. Klubun prezidenti Naser El Xelaifi şəxsən bu keçiddə maraqlıdır. O, Qətərdəki DÇ-2022 zamanı futbolçu ilə görüşmək niyyətindədir.

Qeyd edək ki, Sonun “Tottenhem”lə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

writer photo
Əlirza Əlirzalı
0