Misli Premyer Liqasının 2022/23 mövsümünün oyunlarını 17 baş hakim idarə edib.
Apasport.az saytının məlumatına görə, onlardan üçü daha çox – hərəyə 16 matçda ədaləti qoruyub.
Mövsümün liderləri Əliyar Ağayev, Fərid Hacıyev və Tural Qurbanov olub.
Elçin Məsiyevlə Rəşad Əhmədov hərəyə 15, Rəvan Həmzəzadə 14 dəfə meydana baş hakim kimi çıxıb. 12 referi 10 və ya daha çox matçda söz sahibi olub.
Üç hakim isə yalnız bir qarşılaşmanı idarə edib. Bir mövsümdə 17 baş hakimin meydana çıxması son 12 ilin rekordudur.
Daha yüksək göstərici sonuncu dəfə 2010/11 mövsümündə yaşanıb. Həmin vaxt 19 ədalət təmsilçisi baş hakim kimi təyinat alıb. Sonrakı mövsümlərdə bu rəqəm aşağı olub.
1-3 |
Əliyar Ağayev |
16 |
|
Fərid Hacıyev |
16 |
|
Tural Qurbanov |
16 |
4-5 |
Elçin Məsiyev |
15 |
|
Rəşad Əhmədov |
15 |
6 |
Rəvan Həmzəzadə |
14 |
7-8 |
İnqilab Məmmədov, |
13 |
|
Rauf Allahverdiyev |
13 |
9 |
Rauf Cabarov |
12 |
10-11 |
Cavid Cəlilov |
11 |
|
Kamal Umudlu |
11 |
12 |
Nicat İsmayıllı |
10 |
13 |
Kamranbəy Rəhimov |
8 |
14 |
Vüqar Həsənli |
7 |
15-17 |
Əli Əliyev |
1 |
|
Emin Əliyev |
1 |
|
Kamran Əliyev |
1 |