"Everton" ilk qollarını millimizə vurmuş hücumçu ilə maraqlanır
26.01.2023 - 20:24
“Bolonya”nın avstriyalı hücumçusu Marko Arnautoviç karyerasını Premyer Liqada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, Premyer Liqada qalmaq üçün mübarizə aparan "Everton" atası serb olan futbolçu ilə maraqlanır.
33 yaşlı Marko Arnautoviç Avstriya millisində ilk qollarını məhz Azərbaycan millisinə vurub. O, 8 oktyabr 2010-cu ildə Avstriyanın Vyanada Azərbaycan millisini 3:0 məğlub etdiyi AVRO-2012-nin seçmə mərhələ oyununda 2-ci və 3-cü qolları qapımızdan keçirib.
Qeyd edək ki, "Everton" hazırda 15 xalla Premyer Liqada 19-cu yerdədir.
0
0