Messi gedərsə, o gələcək
16.05.2023 - 11:24
Messi gedərsə, o gələcək

PSJ Lionel Messinin komandadan gedəcəyi halda ona əvəzləyici tapıb.

Apasport.az saytı xəbər verir ki, Paris təmsilçisi bu məqsədlə “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silva ilə danışıqlara başlayıb.

PSJ 28 yaşlı portuqaliyalını müqaviləsini yenilənmək istəməyən argentinalının yerini layiqincə tutacağına inanır. Komandalar arasında danışıqların müsbət atmosferdə davam etdiyi və futbolçunun da bu transferə qarşı çıxmadığı bildirilir.

Qeyd edək ki, Silva bu mövsüm İngiltərə Premyer Liqasında 33 oyunda 4 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0