Rekord transfer
17.08.2022 - 12:44
Rekord transfer

“Vulverhempton” “Sportinq”in yarımmüdafiəçisi Mateus Nunyesin transferini tamamlayıb.

Apasport.az saytının məlumatına görə, sövdələşmə təxminən 45 milyon avro və əlavə 5 milyon avro bonus təşkil edib.

Bu isə “Vulverhempton” tarixinin rekord transferidir. 23 yaşlı oyunçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək və ardından yeni komandası ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Mateus Nunyes ötən mövsüm Portuqaliya çempionatında 33 oyun keçirib. 

writer photo
Əlirza Əlirzalı
0