"Neftçi" səfərdən qələbə ilə dönür- YENİLƏNİB
31.01.2024 - 20:57
"Neftçi" səfərdən qələbə ilə dönür- YENİLƏNİB

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına "Sumqayıt"-"Neftçi" görüşü ilə yekun vurulub. 

Apasport.az xəbər verir ki, qarşılaşma Kapital Bank Arenada baş tutub.

Ardıcıl 3 dəfə üz-üzə gələcək komandalar ilk duelə çıxıb. Görüş "ağ-qaralar"ın 3:2 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları fevralın 8-9-da keçiriləcək.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
31 yanvar (çərşənbə)

19:00. “Sumqayıt” – “Neftçi” 2:3
Qol:
Elvin Bədəlov, 60, Kasmir Ninqa, 89 - Yeqor Boqomolski, 29, Emin Mahmudov, 44 (p.), 45+2
Baş hakim: Rəşad Əhmədov
“Kapital Bank Arena”

writer photo
Əlirza Əlirzalı
0