“Bavariya”da narazılıq
10.12.2022 - 17:46
“Bavariya”da narazılıq

Kamerun millisinin futbolçusu Erik-Maksim Çupo-Motinq “Bavariya”dan gedə bilər.

Apasport.az saytının məlumatına görə, komandaya yeni hücumçu alınsa, afrikalı forvard Almaniya klubunu tərk edəcək.

Kamerunlu Münhen təmsilçisində ikinci dərəcəli statusu daşımaq istəmir. Harri Keyni transfer etmək istəyən “Bavariya” bu keçidi reallaşdırsa, bu, 33 yaşlı forvardın narazılığına səbəb olacaq. O, müqaviləsini yeniləməyəcək. Klub rəhbərliyi ilə Çupo-Motinq arasında danışıqlar da məhz bu üzdən yubanır.

Qeyd edək ki, hücumçunun hazırkı anlaşması 2023-cü ilin yayında bitəcək.

writer photo
Əlirza Əlirzalı
0