“Qalatasaray” Firmino ilə razılaşdı
20.04.2023 - 12:56
“Qalatasaray” Firmino ilə razılaşdı

“Qalatasaray” yayda heyətini yeni futbolçularla gücləndirməyi planlaşdırır.

Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, Türkiyə təmsilçisi “Liverpul”dan Roberto Firmino ilə prinsipial razılıq əldə edib.

İngilislərlə müqaviləsi mövsümün sonunda başa çatacaq 31 yaşlı hücumçunun artıq İstanbula köçməyə razılıq verdiyi bildirilir.

Qeyd edək ki, 2015-ci ildən “Liverpul”un şərəfini qoruyan Firmino bu mövsüm 33 matçda 11 qol və 5 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0