Mbappe La Liqa yolunda
26.09.2023 - 10:14
Mbappe La Liqa yolunda

"Mbappe gələn mövsüm 80% La Liqada oynayacaq".

Apasport.az saytı xəbər verir ki, bu fikri İspaniya La Liqasının prezidenti Xavyer Tebas səsləndirib.

61 yaşlı futbol funksioneri PSJ-nin hücumçusunun da bu arzuda olduğunu bildirib: “Bəli mən növbəti mövsüm Mbappeni La Liqada izləyəcəyimizə inanıram. Çünki o özü də burda olmağa həvəslidir. Düşünürəm ki, bizim çempionatımız Klianın dünya səviyyəli bir futbolçu olaraq qalması üçün ideal seçimdir”.

Qeyd edək ki, 24 yaşlı forvardın növbəti mövsümə Madrid “Real”ında başlayacağı iddia olunur.

writer photo
Əlirza Əlirzalı
0