Səudiyyə Ərəbistanında baş tutması planlaşdırılan Türkiyə Superkubok matçı təxirə salınıb.
Apasport.az xəbər verir ki, məlum hadisədən sonra Türkiyə Futbol Federasiyası, "Fənərbaxça" və "Qalatasaray" ortaq bəyanat yayımlayıb:
Cümhuriyyətimizin və Türkiyə Futbol Federasiyasının 100 illik yubileyini xaricdə qeyd etmək üçün klublarımızla birlikdə Türk Futbolunun və klublarımızın marka dəyərinə töhfə verəcək şəkildə təşkilatlandığımız, 29 dekabr 2023-cü il cümə günü saat 20.45-də oynanılması planlaşdırılan Superkubok matçı təşkilatda bəzi axsamalar səbəbindən klublarımızla verdiyimiz ortaq qərar nəticəsində irəli vaxta tarixə təxirə salındı.
Superkubokun təşkilində indiyədək göstərdikləri səylərə görə Futbol Federasiyasına və ev sahibi ölkənin müvafiq qurum və təşkilatlarına təşəkkür edirik.
Türkiyə Futbol Federasiyası
Fənərbaxça İdman Klubu
Qalatasaray İdman Klubu