“Real”dan gedir
26.05.2022 - 23:16
“Real”dan gedir

“Real”ın müdafiəçisi Marselo komandadan ayrılacaq.

Apasport.az saytının məlumatına görə, bunu 34 yaşlı cinah oyunçusu özü açıqlayıb.

Braziliya millisini üzvü rəhbərliyin onunla yeni müqavilə imzalamaq istəmədiyini bildirib. Ulduz futbolçu hətta buna narazılığını da gizlətməyib: “Klub mənim müqaviləmi yeniləmək fikrində deyil. Halbuki burada aparıcı rolda idim”.

Qeyd edək ki, Marselo 2007-ci ildən “Real”da çıxış edir.
 

writer photo
Əlirza Əlirzalı
0